Ana Səhifə / Tibbi Yazılar

Tibbi Yazılar

Fizioterapiya, reabilitasiya və sağlamlıq haqqında məqalələr

Onurğa

Skolioz: Səbəbləri, Əlamətləri və Müalicəsi

Skolioz, onurğa sütununun yana doğru əyilməsidir. Üç əsas növə ayrılır: idiopatik (səbəbi bilinməyən), doğuşdan olan (konjenital) və nevroloji. Adətən 10-18 yaş arasında yaranır. Yüngül hallarda fiziki terapiya və duruş məşqləri kifayət edir, ciddi hallarda korsə və ya cərrahi müdaxilə lazım ola bilər. Əlamətlər: bədənin yana əyilməsi, çiyinlərdə asimmetriya, kürək sümüklərində hündürlük fərqi, nəfəs almada çətinlik.

Onurğa

Kifoz: Duruş Pozğunluğu və Müalicə Yolları

Kifoz, onurğanın döş hissəsində arxaya doğru fizioloji əyriliyidir. Normal bucaq 20-40 dərəcə arasındadır. Bu həddən artıq olduqda patoloji kifoz adlanır. Uzunmüddətli əyri oturma, zəif əzələ tonusu və düzgün olmayan həyat tərzi bu vəziyyətə səbəb olur. Erkən müdaxilə ilə kifozun qarşısını almaq və düzəltmək mümkündür.

Disk

Disk Yırtığı: Nədir və Necə Müalicə Olunur

Bel yırtığı, fəqərələr arasında yerləşən diskin degenerativ dəyişikliyi sonrası meydana gəlir. Disk elastikliyini itirərkən fibroz halqanın pozulması nəticəsində içəridəki pulpoz nüvə xaricə axır. 4 mərhələsi var: bulging (qabarma), protruziya, ekstruziya və sekvestr. Bel ağrısı ilə yanaşı ayaqda ağrı, hissiyyat pozulması, zəiflik müşahidə olunur.

Əzələ

Əzələ Gərginliyi: Səbəbləri və Müalicəsi

Əzələ gərginliyi uzun müddətli yüklənmə, postural pozuntu və hərəkətsizlik nəticəsində yaranır. Müalicə zamanı məqsəd əzələnin elastikliyini bərpa etmək və qan dövranını artırmaqdır. EMS ilə əzələnin aktivləşməsi, toxuma mobilizasiyası ilə yapışmaların açılması, G8 aparatı ilə dərin toxuma təsiri tətbiq olunur.

Nevroloji

Parkinson Xəstəliyi və Fizioterapiya

Parkinson, beyində dopamin istehsal edən hüceyrələrin tədricən itməsi ilə əlaqədar xroniki sinir sistemi pozuntusudur. Əsas əlamətlər: əl və bədəndə titrəmələr, hərəkətlərin ləngiməsi (bradikineziya), əzələ sərtliyi və balans pozğunluğu. Dərman müalicəsi, fizioterapiya və düzgün həyat tərzi əlamətlərin idarə olunmasına kömək edir.

Nevroloji

Dağınıq Skleroz (MS): Formalar və Əlamətlər

MS, sinirləri qoruyan mielin təbəqəsinin dağılması ilə gedən autoimmun xəstəlikdir. 20-50 yaş arasında, qadınlarda daha çox rast gəlinir. 4 forması var: residiv-remitik, ikincili progressivləşən, birincili progressivləşən və progressiv-remitik. Əlamətlər: görmənin zəifləməsi, uyuşma, keyləşmə, başgicəllənmə, tremor.

Oynaq

Artroz: Oynaqlarda Degenerativ Dəyişikliklər

Artroz, oynaqlarda qığırdaq toxumasının zamanla incəlməsi və zədələnməsi ilə müşayiət olunan degenerativ xəstəlikdir. Diz, omba və əllərdə daha çox rast gəlinir. Vaxtında müdaxilə edilməzsə, hərəkət məhdudiyyəti və ağrılar artır.

Sindrom

Reyno Sindromu: Soyuqda Barmaq Spazmı

Soyuq və ya stress zamanı barmaqlarda damarların spazmı nəticəsində qan dövranı azalır. Barmaqların ağarması, göyərməsi, sonra qızarma və keyimə əsas əlamətlərdir. Fizioterapiya qan dövranını yaxşılaşdırır, spazmı azaldır və simptomları yüngülləşdirir.